Didi Konstantini: Mən onlara xəbərdarlıq etmişəm
25.08.2010 - 14:17
“Avropa çempionatının seçmə mərhələsinə iki qələbə ilə başlamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının baş məşqçisi Didi Konstantini deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının da yer aldığı A qrupunda mübarizə aparacaq avstriyalıların çalışdırıcısı turnirdə uğurlu start götürmək arzusundadır.
Seçmə mərhələyə sentyabrın 7-də Qazaxıstanla matçla başlayan Avstriya millisi növbəti oyunda yığmamızla görüşəcək. Konstantini həm gələn ay, həm də oktyabrın 8-də baş tutacaq qarşılaşmalar haqda fikirlərini açıqlayıb: “Hazırda komandamız inanılmaz dərəcədə güclüdür. Yəni, istədiyimiz səviyyədədir. Bu da mərhələni qələbələrlə başlamaq üçün yetərlidir. Axı biz ilk iki görüşdən 6 xalla ayrılmaq istəyirik. Komandamızda yaxşı gənc futbolçular var. Lakin təkcə gənclərdən təşkil olunan heyətlə uzağa getmək olmaz. Təcrübəlilərlə gənclərin sintezini yaratmışıq. Amma bu rəqiblərlə matç ərəfəsində arxayınlaşmaq da olmaz. Futbolçulara da bu haqda xəbərdarlıq etmişəm”.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0