“Qarabağ”da qadağa?
25.08.2010 - 14:29
Sabah Avropa Liqasının pley-of mərhələsinin cavab qarşılaşması çərçivəsində Almaniyanın “Borussiya” klubu ilə qarşılaşacaq “Qarabağ” futbolçulara müəyyən qadağalar qoyub. Apasport.az saytının məlumatına görə, oyun öncəsi futbolçulara mətbuata açıqlama vermək qadağan edilib.
İlk oyunda səfərdə Dortmund təmsilçisinə böyük hesablı (4:0) məğlub olan “Qarabağ” cavab görüşündə ehtiyatı əldən vermir. Bunun nəticəsidir ki, futbolçuların mətbuatla əlaqəsi kəsilib. Bu qadağa oyun başa çatdıqdan sonra aradan qaldırılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Borussiya” qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0