“İnter”in oyununda isveçrəli hakim
25.08.2010 - 14:47
“İnter”in oyununda isveçrəli hakim
Avropa Superkubokunun qarşılaşmasını idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” klubları arasında görüşü isveçrəli Massimo Buzakka idarə edəcək.

UEFA avqustun 27-də baş tutacaq matçı ötən ay başa çatan dünya çempionatının final mərhələsində uğursuzluğa düçar olan referiyə tapşırıb. Mundialda cəmi 1 oyuna çıxmaqla tənqidlərə məruz qalan, meydan sahibləri – CAR futbolçularının Uruqvaya 0:3 hesabı ilə uduzmağına səbəbkar olan Buzakka Monakoda yenə iş başında olacaq.

Qeyd edək ki, “cırtdan” ölkənin məşhur paytaxtı Monte-Karloda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.