“Bakı”nın daha bir futbolçusu milli komandada!
25.08.2010 - 23:08
“Bakı”nın daha bir futbolçusu milli komandada!
Növbəti təlim-məşq toplanışı zamanı Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts milliyə daha bir futbolçu dəvət edəcək. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis “Bakı”nın yarımmüdafiəçisinə göz dikib.

Belə ki, III tur çərçivəsində keçirilən “Bakı” – “Qəbələ” oyununu izləyən Foqts Əziz Quliyevi millinin hazırlığına cəlb edəcək.

Qeyd edək ki, Quliyev futbolçu kimi Rusiyada yetişib, daha sonra “Karvan”a transfer olunub. O, qışda əyalət təmsilçisini paytaxt klubuna dəyişib.