Nuri Şahin “Qarabağ”ın yarımmüdafiəçilərini bəyənib
25.08.2010 - 23:12
Nuri Şahin “Qarabağ”ın yarımmüdafiəçilərini bəyənib
“Azərbaycana gəldiyim üçün sevinirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Borussiya” klubunun futbolçusu Nuri Şahin deyib.

Dortmund təmsilçisinin türkiyəli futbolçusu bu gün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu barədə fikirlərini açıqlayıb: “Ümid edirəm ki, hər kəs üçün gözəl oyun olacaq. 4:0 hesablı qələbədən sonra üstün durumdayıq. Amma biz Bakıda da qələbə qazanıb, Almaniyaya qayıdacağıq. “Qarabağ” çox yaxşı komandadır, yaxşı futbolçuları var. Xüsusilə, orta xətdə. İnşallah, bizə qarşı yaxşı oynamazlar. Ümid edirəm ki, bu Bakıya sonuncu səfərim olmayacaq. Milli komanda ilə də Azərbaycana gəlmək istəyirəm”.