AZAL etiraz edir
25.08.2010 - 23:15
Dünən AFFA-nın mənzil-qərargahında uşaq futbol komandaları arasında keçirilən çempionatlarla bağlı klub nümayəndələrinin, uşaq futbol məşqçilərinin iştirakı ilə iclas keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda U-13, U-14, U-15 və U-17 liqası haqda ətraflı müzakirə aparılıb və klubların təklifləri dinlənilib.
Tədbirdə AZAL PFK-nın da təmsilçiləri iştirak edib. Klubun saytında yer alan xəbərdə bildirilir ki, AZAL rəhbərliyinin uşaq və yeniyetmələrin yarışları, onların təşkili ilə bağlı təkliflərin çox az qismi nəzərə alınıb: “AZAL PFK hələ iyun ayında bu sahədəki nöqsanlara, çatışmazlıqlara dair mövqeyini ortaya qoyub. Konkret olaraq, 12.06.2010-cu il tarixdə AZAL PFK-nın prezidenti Vaqif Qasımov AFFA prezidenti Rövnəq Abdullayevin ünvanına geniş məzmunlu məktub yazaraq, rəsmi münasibətini bildirib. Buna görə də biz yeni mövsümdən etibarən turnirlərin təşkili və keçirilməsi qaydalarında ciddi dəyişiklik gözləyirdik. Amma iclasda bəzi xırda məsələlər istisna olmaqla, bizə yeni heç nə deyilmədi. Bütün bunlar isə AZAL PFK-nın rəhbərliyini narahat etməkdədir. İş ondadır ki, AFFA-nın “Uşaq və Gənclər Arasında Yarışların Keçirlməsi şöbəsi” ötən mövsüm fəaliyyətini düzgün qurmamaqla, zəif təşkilatçılıq bacarığı göstərməklə, yarışların vaxtıını və formatını düzgün müəyyənləşdirə bilməyib”.
Klub rəhbərliyinin fikrincə, 15 və 17 yaşlılardan ibarət komandaların yarışlarının bütün respublikanı əhatə etməsi klubların xərclərinin süni surətdə artması ilə nəticələnir: “Bu həm də təhlükəsizlik tədbirləri, təminat baxımından da klublarını qayğılarını artırır. Matçların həftənin ortalarına təyin edilməsi və bölgələrə çoxsaylı səfərlər isə məktəb-valideyn, valideyn-klub münasibətlərini gərginləşməsinə təsir götərir. Nəticədə biz valideynlərin kəskin etirazı ilə üzləşirik. Seçim qarşısında qalanlar isə uşaqlarını təhsildən ayırmamaq üçün onları komandadan çıxarır və bununla da biz istedadlı yeniyetmələri itiririk. Uşaqların təhsil almaq hüququna bu şəkildə münasibət göstərilməsi, onların dərslərdən ayrılması əlbəttə narazılığa səbəb olur. Daha bir məqam: bu il U-17 liqasının oyunları iyun ayının ortalarında, özü də buraxılış imtahaları keçirilən zaman başa çatdı və uşaqlar 30-35 dərəcədə istidə oynamağa məcbur edildi. Bunun özü qeyri-peşəkarlığın və işə səthi yanaşılmasının göstəricisi deyilmi? Halbuki U-15 və U-17 liqasının yarışlarını “zona prinsipi”nə əsasən keçirmək, oyunları şənbə və bazar günlərinə təyin etmək olar”.

0
0