48 milyon avroluq ayaqlar
25.08.2010 - 23:18
48 milyon avroluq ayaqlar
"Real"a yeni transfer olunan Məsut Özilin ayaqlarının sığortalandığı bildirilir. Apasport.az saytının xəbərinə görə, futbolçunun ayaqlarının sığorta dəyəri 48 milyon avrodur.

Özil bir neçə gün əvvəl Almaniyanın "Verder" klubundan 15 milyon avroya "Real"a keçmişdi: "Şou-biznes mənsublarından fərqli, ayaqlarımı daha da məşhurlaşmaq və ya gündəmdə qalmaq üçün sığortalamamışam. Karyeram ağır zədə nəticəsində başa çata bilər. Buna görə də sabahkı günümü fikirləşməliyəm".