Çexiya millisi daha insaflı çıxdı
26.08.2010 - 09:10
Çexiya millisi daha insaflı çıxdı
Dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, VIII qrupda yer alan Azərbaycan yığması sonuncu matçında Çexiya futbolçularının qonağı olub. Meydan sahibləri 8 cavabsız qol vuraraq Şamil Heydərovun yetirmələrinin növbəti böyük hesablı məğlubiyyətini rəsmiləşdirib.

Çexiyadakı məğlubiyyət yığmamızın səfərdə ən az qol buraxdığı qarşılaşma olub. Bunadək Belçikada 11, İsveçdə 17, Uelsdə 15 cavabsız qol buraxan komandamız ardıcıl uğursuzluqlardan sonra qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, qrupumuzda keçirilən digər matçda artıq birinci yeri təmin edən İsveç Uels üzərində qələbə qazanıb – 5:1.

Dünya çempionatının seçmə mərhələsi
Avropa zonası, VIII qrup


ÇEXİYA – AZƏRBAYCAN – 8:0

Divişova, 6, 43, Moçova, 7, Pivonkova, 14, 57, Lusiya Martinkova, 17, 61, Doşkova, 54

1 İsveç 8 7 1 0 36-3 22
2 Çexiya 8 4 1 3 19-6 13
3 Belçika 8 3 1 4 18-13 10
4 Uels 8 3 0 5 23-16 9
5 Azərbaycan 8 1 1 6 2-60 4