Meydan sahibləri qrup mərhələsində
26.08.2010 - 09:15
Meydan sahibləri qrup mərhələsində
Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində oynamaq iddiasında olan daha 10 komanda cavab matçına çıxıb. Sensasiyanın alınmadığı oyun günündə öz meydanında çıxış edən komandaların hamısı qrup mərhələsinə yüksəlib.

Çempionlar Liqası
Pley-off, mərhələsi, cavab oyunları


“Ayaks” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Suares, 43; Əl-Hamdaui, 75 - Şevçenko, 84-pen
İlk oyun - 1:1

“Oser” (Fransa) – “Zenit” (Rusiya) - 2:0
Enqbar, 9; Yelen, 53
İlk oyun - 0:1

“Tottenhem” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 4:0
Krauç, 5, 61, 78-pen; Defo, 32
İlk oyun - 2:3

“Jilina” (Slovakiya) – “Sparta” (Çexiya) - 1:0
Sisey, 18
İlk oyun - 2:0

“Kopenhagen” (Danimarka) – “Rusenborq” (Norveç) - 1:0
Ottesen, 33
İlk oyun - 1:2