“İndi “Neftçi”də çox şey dəyişib” - FOTO
26.08.2010 - 09:44
“İndi “Neftçi”də çox şey dəyişib” - FOTO
“Unibank Premyer Liqasının startı komandamız üçün uğurlu alındı. Biz iki oyunda qalib gəldik, yaxşı futbol nümayiş etdirdik. Təəssüf ki, “Xəzər-Lənkəran”ı məğlub edə bilmədik. Lakin heç-heçə də pis nəticə deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun estoniyalı legioneri Dmitri Kruqlov deyib.

Komandasının rəsmi saytına müsahibə verən futbolçu növbəti turda keçmiş klubu “Neftçi” ilə oyuna münasibət bildirib: “Deməzdim ki, “Neftçi”ni hamıdan yaxşı tanıyıram. Axı, indi orada çox şey dəyişib. Komanda barəsində hamının bildiyi qədər məlumatım var. Bizi çətin oyun gözləyir. Komandamıza isə ötən mövsümdə ilk “altıq”da yer alan bütün klubları ciddi rəqib kimi görürəm. Hesab edirəm ki, bütün bu komandalar qızıl medallar uğrunda mübarizə aparmağa qadirdirlər”.

Qeyd edək ki, Kruqlov mövsümün əvvəlində “Neftçi”dən “İnter”ə transfer olunub.