Futbolçularımız qrup liderinə qarşı
26.08.2010 - 10:05
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının çıxış etdiyi “Palanqa” turnirində ikinci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələrinin Litvada təşkil olunan turnirdəki taleyinə yalnız son tur aydınlıq gətirəcək.
Sabah baş tutacaq son turun matçında yığmamız qrupun lideri olan meydan sahibləri ilə görüşəcək. İkinci turda Qazaxıstanla bacara bilməyən (1:1) litvalılarla matç komandamızın hansı finalda oynayacağına aydınlıq gətirəcək.
Qeyd edək ki, avqustun 28-də keçiriləcək final matçlarında hər komanda digər qrupda özü ilə eyni yeri tutan komanda ilə üz-üzə gələcək.
A qrupu
B qrupu

1 | Litva | 2 | 1 | 1 | 0 | 3-2 | 4 |
2 | Belarus | 2 | 1 | 0 | 1 | 4-3 | 3 |
3 | Azərbaycan | 2 | 1 | 0 | 1 | 4-4 | 3 |
4 | Qazaxıstan | 2 | 0 | 1 | 1 | 2-4 | 1 |
B qrupu
1 | Ukrayna | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Gürcüstan | 2 | 1 | 0 | 1 | 6-3 | 3 |
3 | Moldova | 2 | 1 | 0 | 1 | 3-7 | 3 |
4 | Latviya | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
0
0