Klublarımızın avrokubok mövsümü məğlubiyyətlə bitdi
26.08.2010 - 21:51
Klublarımızın avrokubok mövsümü məğlubiyyətlə bitdi
Bu gün Avropa Liqasının pley-off mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinə son 37 vəsiqənin sahibini müəyyənləşdirəcək komandalar arasında Azərbaycan təmsilçisi də olub. Lakin avrokuboklarda mübarizəni bu mərhələyədək davam etdirən “Qarabağ” bir il əvvəl olduğu kimi, yenə qrup mərhələsinin astanasında dayanıb.

Ötən il “Tvente”dən 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyən ağdamlılar bu dəfə cavab oyununda da meydanı başıaşağı tərk ediblər. Almaniyada “Borussiya” qarşısında aciz qalıb, 0:4 hesabı ilə uduzan “Qarabağ” bu gün yalnız son saniyələrdə buraxdığı topla uduzub - 0:1. Bununla da Azərbaycan klublarının avrokubokların 2010/11 mövsümü həmişə olduğunkimi yenə elə yayda başa çatıb.

Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
26 avqust


21:00. "QARABAĞ" (AZƏRBAYCAN) - "BORUSSİYA" (ALMANİYA) - 0:1
QOL: Lukas Barrios, 90+1
Baş hakim: Serj Qyumenni
Baş hakimin köməkçiləri: Mark Simons, Danni Huens
Dördüncü hakim: Joeri Van De Velde (hamısı Belçika)
Hakim-inspektor: Suheyl Daud (İsrail)
UEFA nümayəndəsi: Mikalay Varabyov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:4

QARABAĞ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Samir Abbasov (8. Aslan Kərimov, 88), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubin (16. Rəşad Kərimov, 68), 77. Georgi Adamiya (9. Elvin Məmmədov, 68)

BORUSSİYA: 1. Roman Veydenfeller, 4. Neven Subotiç, 5. Sebastyan Kel (k), 8. Nuri Şahin, 15. Mats Hummels, 18. Lukas Barrios, 19. Kevin Qrosskreuts (31. Mario Qotze, 63), 23. Şindzi Kaqava (7. Robert Levandovski, 63), 25. Patrik Ovomoyela, 26. Patrik Pişek (11. Dimitar Rangelov, 74), 29. Marsel Şmeltser

SARI VƏRƏQƏLƏR: Nadirov, 8, Kaqava, 10, Məmmədov, 69