“Xəzər Lənkəran”ın legioneri üçün yeni məşqçi
26.08.2010 - 10:41
“Xəzər Lənkəran”ın legioneri üçün yeni məşqçi
Kosta-Rika milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalılar meksikalı mütəxəssis Rikardo Volpe ilə anlaşıblar.

58 yaşlı mütəxəssis 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsinin iştirakçısıdır. Həmin vaxt Meksika yığmasına rəhbərlik edən Volpenin yetirmələri 1/8 finala qədər irəliləmişdilər. Bundan başqa, Argentinanın “Boka Xuniors” klubunu, həmçinin bir sıra Meksika komandalarını çalışdırıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun son transferlərindən biri olan Uinston Parks da Kosta-Rika yığmasının üzvüdür.