Emil Mpenza milli komandaya lazım deyil
26.08.2010 - 11:30
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Jorj Leekens sentyabrın 3-də Almaniya, 4 gün sonra Türkiyə ilə qarşılaşmaların hazırlıqlarında iştirak etmək üçün 25 futbolçuya dəvət göndərib.
61 yaşlı mütəxəssis yayda Bakının “Neftçi” klubuna transfer olunan Emil Mpenzanın adını bu siyahıya daxil etməyib. Bu da başa düşüləndir. Axı Azərbaycan çempionatının ilk 3 turunda yalnız bir dəfə start heyətində yer alan, onda da əvəzlənən hücumçu 3 matç ərzində vur-tut 99 dəqiqə meydanda olub. Özü də heç nə ilə fərqlənməyib. Lakin Emil bütün qarşılaşmalarda oynasaydı, hətta bombardirlər kimi qollarını sıralasaydı belə, yığmaya çağırılmaq şansı minimum olardı. Axı “Bavariya”, “Borussiya” (Mönhenqladbax), “Arsenal”, “Ayaks”, “Anderlext”, “Mançester Siti” kimi nəhənglər olan yerdə Leekens çətin ki, “Neftçi”yə nəzər salardı.
Qeyd edək ki, “Neftçi”nin rəsmi internet saytı hələ 6 gün əvvəl Mpenzanın Belçika yığmasına çağırıldığı haqda xəbər yaysa da, Leekensin açıqladığı heyət həmin məlumatı təsdiqləməyib.
Belçika yığmasına çağırılan futbolçular bunlardır:
Tobi Alderveld, Jan Vertongen (hər ikisi “Ayaks”, Hollandiya), Loqan Beyli (“Borussiya” Mönxenqladbax, Almaniya), Kristian Benteke, Mehdi Karkela, Laurent Kiman, Steven Defur, Axel Vitsel (hamısı “Standard”), Kevin de Bruvne, Jelle Vossen (hər ikisi “Genk”), Oliver Deşaxt, Gillaume Gillet, Conatan Legear, Romelu Lukaku, Silvio Proto (hamısı “Anderlext”), Maruane Fellaini (“Everton”, İngiltərə), Jan-Fransis Gillet (“Bari”, İtaliya), Eden Hazard (“Lill”, Fransa), Vinsent Kompani (“Mançester Siti”, İngiltərə), Nikolas Lambarts (“Zenit”, Rusiya), Kevin Mirallas (“Olimpiakos”, Yunanıstan), Timmi Simons (“Nürnberq”, Almaniya), Daniel van Buyten (“Bavariya”, Almaniya), Jelle van Dam (“Vulverhempton”, İngiltərə), Tomas Vermalen (“Arsenal”, İngiltərə)

0
0