Belçika yığmasının daha bir ulduzu ölkəmizdən təklif alıb
26.08.2010 - 11:44
Bakının “Neftçi” klubunun üzvü Emil Mpenza Azərbaycan futbol tarixində ölkəmizə gəlmiş Belçika yığmasının ilk və yeganə üzvüdür. Apasport.az saytının məlumatına görə, Emil Unibank Premyer Liqasında çıxış edən yeganə belçikalı ulduz olmamalı imiş. Belə ki, onun yığmadakı komanda yoldaşı, məşhurluqda heç də ondan geri qalmayan Uesli Sonk da bu yay Azərbaycan klubundan təklif alıbmış.
Bu günlərdə Belçikanın “Lyers” klubu ilə müqavilə bağlayan 32 yalı hücumçu bu variantı seçməzdən əvvəl Azərbaycanda oynamaq perspektivini götür-qoy etdiyini açıqlayıb: “Lyers”in məni ələ keçirməsi bir o qədər də çətin olmadı. Çünki mənə uyğun olan yaxşı təklif almamışdım. Düzdür, Azərbaycan və Çində macəralar yaşamaq variantları var idi. Lakin həyat yoldaşım və uşaqlarıma görə ora getmədim. Karyeramın qürub çağında təslim olmaqdansa, hələ də futbol oynamağa qərar verdim”.
Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Borussiya” (Mönhenqladbax), “Brügge” kimi klublarda oynamış Sonk 10 ildir şərəfini qoruduğu Belçika yığmasında 55 oyuna 24 qol vurub. 2002-ci ildə Koreya və Yaponiyada keçirilən dünya çempionatının final mərhələsində də iştirak edən Uesli karyerası ərzində həm Belçika, həm də Hollandiya çempionu adını qazanıb. Üstəlik, vətənində çempionatın ən yaxşı bombardiri də olub.

0
0