“Turan”: Biri gəldi, biri də gələcək
26.08.2010 - 12:16
Hücum xəttini gücləndirməyə çalışan “Turan” klubunun düşərgəsinə yeni futbolçu təşrif buyurub. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı Mudibadzenin ampluası hücumçudur. Futbolçu dünən axşam komandanın məşqlərinə qoşulub. O, fiziki cəhətdən hazır olmasa da, texniki imkanlarına görə seçilir. Axşam məşqinə isə belaruslu müdafiəçinin qoşulacağı gözlənilir.
Bu arada “Turan”a mümkün keçidi gündəmdə olan Georgi Çediyanın gələn həftə ölkəmizə gələcəyi dəqiqləşib. Gürcüstanın U-21 yığmasının da formasını geyinən forvard əvvəllər Belarusun “Torpedo” komandasında çıxış edib. Son mövsümü “Olimpi”nin heyətində keçirən Çediya 21 oyunda komandasına kömək edib.
Şənbə günü “Simurq”la qarşılaşacaq Tovuz təmsilçisi Zaqatalaya sabah səhər saatlarında yollanacaq. Komanda “Qafqaz” otelində qalacaq.

0
0