“Qarabağ”ın oyunu təxirə salındı
26.08.2010 - 12:31
Unibank Premyer Liqasında “Qarabağ”ın daha bir oyunu təqvim üzrə keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin IV turda “Bakı” ilə görüşü qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Buna Ağdam təmsilçisinin bu gün Avroliqanın pley-off mərhələsində çıxışı və komandanın bir neçə futbolçusunun Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etməsi səbəb olub.
Qeyd edək ki, bundan öncə “Qarabağ”ın “Gəncə” ilə görüşü də qeyri-müəyyən vaxta kimi təxirə salınmışdı.
Mənbə: pfl.az
Qeyd edək ki, bundan öncə “Qarabağ”ın “Gəncə” ilə görüşü də qeyri-müəyyən vaxta kimi təxirə salınmışdı.
Mənbə: pfl.az
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0