Branimir Subaşiç “Rizəspor”la müqavilə bağlayır
26.08.2010 - 12:56
Branimir Subaşiç “Rizəspor”la müqavilə bağlayır
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç Türkiyənin Bank Asiya I Liqasında mübarizə aparan “Rizəspor” klubu ilə müqavilə bağlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, Subaşiçlə yanaşı, “Sent Etyen”in üzvü Maodomalik Faye və Bosniya gənclər yığmasının üzvü Adin Dzafiç Rizə təmsilçisinin transfer siyahısında yer alıb.

Bu futbolçularla danışıqları yekunlaşdırmaq üzrə olan Türkiyə təmsilçisinin rəsmiləri onlarla 1 illik müqavilə imzalamaq fikrindədir.

Qeyd edək ki, “Rizəspor” Subaşiçin transferində daha maraqlıdır. Çünki Azərbaycan vətəndaşı olan hücumçu Türkiyə I liqasında legioner kimi çıxış etməyəcək.