Hollandiya yığmasında oynayırdı, Azərbaycana gəlir
26.08.2010 - 13:03
Dayaq yarımmüdafiəçisi axtaran “Gəncə” klubu bu mövqedə sınadığı braziliyalı futbolçunu bəyənməyib. Apasport.az saytının xəbərinə görə, komandanın baş məşqçisi Fuad İsmayılov düşərgəyə gələn cənubi amerikalı legionerin hazırlığından narazı qalıb.
Bu gün klubun düşərgəsinə daha bir legioner gələcək. Bu hollandiyalı Dani Hosendir. 20 yaşlı hücumçu vaxtilə Hollandiya milli komandasının da şərəfini qoruyub. Hosen U-17-nin heyətində 10 oyunda 1 qol vurub.
Hollandiyada “Fortuna” futbol akademiyasının yetirməsi olan Dani 2008-ci ilin yayında İngiltərənin “Fulhem” klubuna transfer olunub. Onun keçidi 400 min funt sterlinqə başa gəlib. “Fulhem”in əvəzedici heyətində keçirdiyi 8 qarşılaşmada 5 qol vuran Hosen bu il aprelin 9-də Finlandiyanın HİK klubuna icarəyə verilir. Orada 11 oyuna 2 qol vuran hücumçunun Skandinaviya təmsilçisindəki icarə müddəti avqustun 30-da, yəni 4 gün sonra başa çatır.
Müqavilə ilə məxsus olduğu “Fulhem”in əsas heyətinə düşməyə çətinlik çəkəcəyini dərk edən futbolçu indi də xoşbəxtliyini ölkəmizdə axtarmağa qərar verib.

0
0