Ballakın Azərbaycan yığmasına qarşı oynamayacağı dəqiqləşdi
26.08.2010 - 14:24
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığmasının yarımmüdafiəçisi Mixael Ballak Azərbaycana qarşı forma geyinməyəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv 33 yaşlı futbolçunun lazımı formada olmadığını əsas gətirərək, heyətə cəlb edilməyəcəyini bildirib.
Lövün fikrincə, Ballak yalnız ilk iki oyunda almanlara kömək edə bilməyəcək. O, sentyabrın 3-də Brüsseldə Belçika, 4 gün son isə Kölndə Azərbaycanla görüşü buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Ballakın adı bu gün Avroliqanın pley-off mərhələsinin cavab görüşündə “Tavriya” ilə qarşılaşacaq “Bayer”in “18-liyinə” daxil edilməyib.

- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
0
0