Qalmaqallı oyunların baş hakimləri məcburi “istirahətə göndərildi”
26.08.2010 - 14:46
Qalmaqallı oyunların baş hakimləri məcburi “istirahətə göndərildi”
Unibank Premyer Liqasının IV turunun oyunlarını idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi avqustun 28-29-da baş tutacaq görüşlərə təyinatları açıqlayıb.

Sabiq FİFA referisi Xaqani Məmmədovun başçılıq etdiyi komitə ötən tur iş başında olan baş hakimlərdən üçünə təyinat verməyib. Bunlardan ikisi beynəlxalq dərəcəli ədalət təmsilçiləri Fariz Yusifovla Vüsal Əliyevdir. Onların hər ikisi qalmaqalla nəticələnən matçların iştirakçısı olmuşdu.

Yusifov “Xəzər Lənkəran” – “İnter”, Əliyev isə “Bakı” – “Qəbələ” görüşündəki qərarları ilə gündəmə düşmüşdülər. Məmmədovun rəhbər təyin olunmasından sonra fəaliyyətini gizli aparan Hakimlər Komitəsi bu dəfə də referilərlə bağlı hansı qərar çıxardığını açıqlamayıb. Amma FİFA referilərinin heç ehtiyat hakim kimi də təyinat almamaqları müəyyən şübhələrə şərait yaradır.

28 avqust (şənbə)

17:15. "MUĞAN" - "GƏNCƏ"

Hakimlər: Cabbarov Rauf, Əliyev Habil, Ələkbərov Aydın, Feyzullayev Feyzulla
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu

17:30. "SİMURQ" - "TURAN"
Hakimlər: Haşımov Ceyhun, Acalov Elşən, Musatkin Aleksandr, Əsgərov Elvin
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

20:00. "İNTER" - "NEFTÇİ"
Hakimlər: Salmanov Anar, Nağıbəyov Eldar, Musayev Elman, Məmmədov Elçin
"Şəfa" stadionu

29 avqust (bazar)

18:00. "QƏBƏLƏ" - MOİK

Hakimlər: Həmzəyev Əfqan, Əsgərov Azər, Durmuşov Elşən, Diniyev Ramil
Qəbələ şəhər stadionu

20:00. AZAL - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Əhmədov Rövşən, Abdullayev Munis, Hacıyev Samir, İbrahimov Əmrah
"Şəfa" stadionu