“Beşiktaş”nın Şanlı arzusu
26.08.2010 - 17:09
“Beşiktaş” növbəti transferə hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Quarejma ve Quti kimi məşhurları rənglərinə bağlayan İstanbul təmsilçisi “Stok Siti”də forma geyinən Türkiyə yığmasının üzvü Tuncay Şanlıya elçi düşüb.
“Qara qartallar” 28 yaşlı futbolçu üçün İngiltərə komandasına 7 milyon funt-sterlinq təklif ediblər. Buna cavab olaraq Şanlı deyib ki, razılıq əldə edilərsə, yenidən vətənə qayıtmağa razıdır.
“Stok Siti”nin baş məşqçisi Toni Pulis da bu transferə münasibət bildirib: “Tuncay çox qabiliyyətli futbolçudur. Lakin üzərində hələ işləməlidir. Onun komandadan gedib-getməyəcəyinə bir neçə günə aydınlıq gələcək”.
Qeyd edək ki, Tuncay Türkiyədə 2000-2002-ci illərdə “Sakaryaspor”, 2002-2007-ci illərdə “Fənərbaxça” klublarında forma geyinib.

- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
0
0