Mpenza Belçika yığmasına niyə çağırılmayıb?
26.08.2010 - 17:46
“Neftçi”nin yeni transferi Emil Mpenza Belçika yığmasına dəvət edilməsinə münasibət bildirib. Apasport.az-ın xəbərinə görə, futbolçu klubun rəsmi saytına bu haqda açıqlama verib: “Mən Belçika yığmasının 30 nəfərlik ilkin siyahısına daxil edilmişdim. Bilirsiniz ki, rəsmi oyunlar zamanı 21 nəfərlik siyahı UEFA-ya təqdim edilir. Mən özüm şəxsən yığma komandamızın baş məşqçisinə telefon açaraq, Almaniya və Türkiyə ilə görüşlərə məni dəvət etməməyi xahiş etdim. O, bunu anlayışla qarşıladı. Hazırda yeni komandama uyğunlaşmaq üçün ondan vaxt istədim".
Qeyd edək ki, avqustun 19-da kluba daxil olan rəsmi faksla Emil Mpenza Almaniya və Türkiyə ilə oyunlara dəvət olunmuşdu.
Qeyd edək ki, avqustun 19-da kluba daxil olan rəsmi faksla Emil Mpenza Almaniya və Türkiyə ilə oyunlara dəvət olunmuşdu.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
0
0