Ötən ilin ən yaxşı qapıçısı bəlli oldu
26.08.2010 - 21:00
Ötən ilin ən yaxşı qapıçısı bəlli oldu
Çempionlar Liqasının qrup mərhələsinin Monakoda keçirilən püşkatma mərasimi zamanı 2009/10 mövsümünün laureatlarının da adları məlum olub. Apasport.az saytının məlumatına görə, ötən mövsümün ən yaxşı qapıçısı adına namizəd kimi 3 futbolçunun adı açıqlanıb. Bunlar Julio Sezar (“İnter”, İtaliya), Uqo Lloris (“Lion”, Fransa) və Viktor Valdes (“Barselona”, İspaniya) olublar.

Sonra 2009/10 mövsümünün pley-off mərhələsinin, yəni 1/8 finalın iştirakçısı olan 16 klubun baş məşqçiləri arasında keçirilən sorğunun nəticələri də elan olunub. Mükafat “İnter”in qapıçısına verilib. Komandası ilə birlikdə Çempionlar Liqasını qazanan braziliyalının mükafatını ona əfsanəvi Andoni Subisaretta təqdim edib.