Yığmamızın ilk rəqibi lider oldu
26.08.2010 - 22:31
Yığmamızın ilk rəqibi lider oldu
Çimərlik futbolu üzrə Avropa Liqasının Superfinal mərhələsinə start verilib. Apapsort.az saytının məlumatına görə, promofinal turnirində çıxış edən Azərbaycan milli komandası ilk turda istirahət edib. Emil Cabbarovun yetirmələrinin yer aldığı qrupda çıxış edən Türkiyə və İsrail futbolçuları isə ilk matçda üz-üzə gəliblər. Əsas vaxtı 3:3 hesabı ilə nəticələnən qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan türkiyəlilər 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, yığmamız sabah qrup lideri olan Türkiyə, birisigün isə İsraillə qarşılaşacaq.