“Qarabağ” heyətini bir az gücləndirsə, qrupda oynaya bilər”
26.08.2010 - 23:12
“Qarabağ” bizə qarşı həqiqətən də yaxşı oynadı. Onlar sonadək mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp deyib.
Klopp Avropa Liqasının pley-off mərhələsinin hər iki oyununda məğlub etdikləri Ağdamın “Qarabağ” klubu ilə cavab pyunundan sonra təmsilçimizi tərifləyib: “Bir həftə əvvəl keçirilən matçda onların oyunu alınmasa da “Qarabağ” yaxşı komandadır. Lakin artıq bundan sonra hansı komandalarla mübarizə aparacağımızı düşünürəm. Məncə, heyətini bir az da gücləndirsə, “Qarabağ” da növbəti ildən qrup mərhələsində oynaya bilər. Heyətlərində Rauf Əliyev, Georgi Adamiya, Əfran İsmayılov kimi yaxşı oyunçuları var. Onların oyununu daha çox bəyənmişəm. Ancaq onların nə vaxt isə “Boriussiya”da görünüb-görünməyəcəyi haqda nə isə deyə bilmərəm”.
Almaniyalı mütəxəssis Bakıda qazanılan qələbənin minimal hesablı olmasında hakim səhvindən şikayətlənib: “Bugünkü oyunda qələbə qazanacağını inamı itən “Qarabağ”ın həvəsdən düşməsi matçın dönüş nöqtəsi oldu. Məhz bundan sonra biz təşəbbüsə yiyələnib, qol vura bildik. Lakin hesab 1:0 yox, 2:0 olmalı idi. Çünki daha bir qol vurmuşduq. Hakimi saymadığı həmin top da qeydə alınmalı idi”.
Qeyd edək ki, iki oyunda 5 cavabsız qol buraxan “Qarabağ” Azərbaycanın avrokuboklardakı sonuncu təmsilçisi idi.

0
0