Berti Foqtsun yeni köməkçisi məlum oldu - FOTO
27.08.2010 - 09:44
Azərbaycan milli komandasının məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır boş qalan Berti Foqtsun köməkçisi vəzifəsi Vəli Qasımova həvalə olunub.
Yığmanın may ayında təşkil olunan təlim-məşq toplanışında almaniyalının yanında çalışan veteran futbolçunun elə həmin postda qalması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Qasımova qədər Foqtsun köməkçisi kimi Vaqif Sadıqov çalışırdı. O, Bakının “Neftçi” klubuna baş məşqçi təyin olunduğu üçün millidən ayrılmışdı.

0
0