“Baş məşqçimiz “Qarabağ”ın möcüzə etməsinə imkan verməməyi tapşırmışdı”
27.08.2010 - 10:23
“Biz pley-off mərhələsində üzərimizə düşən vəzifədən razı qala bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya”nın qapıçısı Roman Veydenfeller deyib.
Avroliqanın pley-off mərhələsində “Qarabağ”a hər iki oyunda qalib gələn və öz qapısını toxunulmaz saxlayan Veydenfeller bildirib ki, Azərbaycana gələrkən baş məşqçiləri xüsusi göstəriş veribmiş: “Biz cavab oyununa gələrkən baş məşqçimiz “Qarabağ”ın ilk dəqiqələrdə üstünlüyü ələ almaq üçün hücum futbolu nümayiş etdirəcəyi ilə bağlı məlumat vermişdi. Bunun üçün səfərdə rəqib futbolçuların möcüzə etməsinə imkan verməməyi tapşırmışdı. Təbii ki, ilk qarşılaşmada 0:4-dən sonra mərhələ keçməmək faciə olardı. Amma bu futbolda təsadüf adlanır. Sevinirik ki, ikinci oyunda da istəyimizə nail olduq və burada da güclü olduğumuzu bir daha sübut etdik”.

0
0