Mats Hummels: “Qarabağ” qələbə istəyirdi
27.08.2010 - 10:38
Mats Hummels: “Qarabağ” qələbə istəyirdi
“Özümüzə əmin idik. Böyük tərəqqiyə nail olmuşuq və bu səbəbdən hər 2 oyunda elə də çətinliklə üzləşmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının futbolçusu Mats Hummels deyib.

Avroliqanın pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində 1:0 hesabı ilə qələbə qazanan almaniyalılar bu uğuru qrup mərhələsində də davam etdirmək fikrindədirlər: “Cavab qarşılaşması gözəl alındı. Lakin rəqibdə də qələbə qazanmaq istəyi vardı. Stadionun aparıcısı isə durmadan azarkeşləri komandalarını dəstəkləməyə çağırırdı. Bu isə bizə elə də problem yaratmadı. Artıq hər şey geridə qalıb. Biz qrup mərhələsindəyik”.