“İlk oyundan sonra mərhələ keçəcəyimizə inanmırdıq”
27.08.2010 - 11:07
“İki mövsümdür ki, mübarizəni qrup mərhələsinin bir addımlığımda dayandırırıq. Belə bir göstərici ancaq bizə məxsusdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.
Qurban Qurbanovun ən çox etimad bəslədiyi futbolçulardan olan Rauf “Qarabağ”ın əsas qol ümidi sayılır. Ön xətdə tək çıxış edən gənc hücumçu “Borussiya” ilə oyun barədə fikirlərini bildirib: “İlk görüşdə böyük hesablı məğlubiyyət növbəti mərhələyə çıxmaq şansını möcüzələrə bağlamışdı. Sözün düzü, ilk oyundan sonra mərhələ adlayacağımıza inanmırdıq. Ancaq avrokubok mövsümünə uğurlu nöqtə qoymaq istəyirdik. “Borussiya” ilə oyunda bizim üçün heç-heçə də sərfəli nəticə sayılmalı idi. Ancaq son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi”.
21 yaşlı hücumçu avrokuboklarda keçirdikləri oyunlardan sonra yorğun olduqlarını qeyd edib: “Düzdür, fiziki cəhətdən yorğunluq yoxdur. Ancaq psixoloji cəhətdən müəyyən yorğunluq var. Buna əsas səbəb də, ilk oyunda məğlub olmağımızdır. Buna baxmayaraq, bu il avrokuboklardakı çıxışımızı yüksək qiymətləndirirəm”.
Əliyev oyuna azarkeş marağının az olmasının təbii qarşılayıb: “Azarkeşlərin oyuna az maraq göstərməsini normal qarşılayıram. “Visla” ilə oyunda tribunalar ona görə tam dolmuşdu ki, səfərdə qələbə qazanmışdıq. Hamı növbəti mərhələyə çıxmağımıza inanırdı. Ancaq “Borrusiya” ilə ilk oyunda məğlub olmağımız azarkeşlərin də marağınıza öz təsirini göstərdi”.

0
0