“Qarabağ”la oyunda ağzımın suyu quruyurdu”
27.08.2010 - 11:18
“Qarabağ”la oyunda ağzımın suyu quruyurdu”
“Oyun ərzində hava şəraiti çox ağır idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya”nın serbiyalı futbolçusu Neven Subotiç deyib.

Avroliqanın pley-off mərhələsinin cavab oyununa münasibət bildirən Subotiç qarşılaşmadan deyil, istidən şikayət edib: “İstidən ağzımın suyu da quruyurdu. 5 dəqiqədən bir su içirdim. Bu, sağlamlıq üçün təhlükəli olsa da, biz qaçırdıq və qələbəni fikirləşirdik. Qrup mərhələsinə yüksəldiyimiz üçün çox şadıq”.