Kapitan paytaxt derbisində oynamayacaq
27.08.2010 - 11:58
Kapitan paytaxt derbisində oynamayacaq
Unibank Premyer Liqası çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “İnter” oyunun hazırlığını “Şəfa” stadionunda davam etdirir. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin düşərgəsində bir zədəli futbolçu var.

Komandanın kapitanı Vladimir Levin paytaxt derbisində iştirak etməyəcək. Milliləşdirilmiş müdafiəçi analoji səbəbdən ötən tur Lənkəranda “Xəzər-Lənkəran”la keçirilən oyunda da meydana çıxmamışdı.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah “Şəfa” stadionunda, saat 20:00-da başlayacaq.