AFFA Mahir Şükürovla bağlı “Anji” klubunun müraciətinə cavab verdi
27.08.2010 - 12:18
“Mahir Şükürovun Azərbaycan milli komandasının düşərgəsinə gəlməsində hər hansı problem yoxdur. O, avqustun 31-dən başlayaraq, yığmanın Almaniyadakı məşqlərinə qatılacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
O, Mahaçqalanın “Anji” klubunda forma geyinən Mahir Şükürovun avqustun 30-da Rusiya Premyer Liqa oyununa çıxmağının millinin hazırlıqlarına mane olmayacağını açıqlayıb: “Anji” ayın 29-da oynasaydı, Mahir ertəsi Bakıya gəlib yığma ilə Almaniyaya yollanacaqdı. Lakin rusiyalılar həm bizə, həm də oyunçularının çıxış etdiyi digər yığmalara xahişlə müraciət etdilər. Belə qərara alındı ki, Şükürov ayın 31-də klubunun oyunundan sonra gəlsin. O, avqustun 31-də birbaşa yığmanın düşərgəsinə yollanacaq. Yəni, Bakıya yox, Almaniyaya gələcək”.
Qeyd edək ki, “Anji”nin “Sibir”lə Rusiya çempionatındakı oyunu avqustun 29-dan 30-na keçirilib.

0
0