Qyoko Hacıyevski: Biz ancaq qələbə haqqında düşünürük
27.08.2010 - 23:01
Qyoko Hacıyevski: Biz ancaq qələbə haqqında düşünürük
“Qarşımıza məqsəd qoymuşuq. Mütləq 3 xal qazanmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Yeni mövsümdən Unibank Premyer Liqasında iddiasız təsir bağışlayan Zaqatala təmsilçisini çalışdıran Hacıyevski arxada qalan oyunlarda cəmi 1 xal qazana bilib. “Gəncə” ilə çempionatın açılış matçında heç-heçə edən, daha sonra Xəzər Lənkəran“ və “Neftçi”yə uduzan “sarı-qaralar”ın IV turda rəqibi də cari mövsümdə 1 xal toplayıb. Makedoniyalı mütəxəssis “Turan”la qarşılaşmada ilk qələbələrini bayram etməyi düşündüyünü deyib: “Heyətdə itkimiz var. Rəşad Hüseynov zədəli olduğuna görə, meydana çıxmayacaq. Ancaq qələbə haqqında düşünürük. Nəticədən asılı olmayaraq, heyətdə dəyişiklik, eləcə də yeni transferimiz olmayacaq. Əksər futbolçularımızın elita təcrübəsi olmasa da, yolumuza onlarla davam edəcəyik”.

Rəqib haqqında da danışan təcrübəli mütəxəssis “Turan”ın son iki oyunda daha yaxşı təsir bağışladığını gizlətməyib: “Turan”ın oyunlarımdan xəbərim var. Həm AZAL-a, həm də “Muğan”a qarşı yaxşı oyun nümayiş etdiriblər. Onların da kollektivi əsasən gənc futbolçulardan təşkil edilib. Maraqlı oyunun olacağına inanıram”.