Kənan Kərimov “Gəncə”də oynamayacaq
27.08.2010 - 17:15
Kənan Kərimov “Gəncə”də oynamayacaq
Mövsümlərarası fasilədə “Qəbələ”dən “Gəncə”yə keçən Kənar Kərimov karyerasını bu komandada davam etdirəsi olmayıb. Apasport.az saytının məlumatına görə, ölkənin ikinci ən böyük şəhərində çox qalmaq fikrində olmayan 34 yaşlı hücumçu özünə yeni klub axtarır.

Kərimov sabah Unibank Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Muğan”la oyunda iştirak etməyəcək. Çünki o, hazırda klubun düşərgəsində də deyil. Hücumçu “transfer pəncərəsi” bağlanana qədər özünə yeni komanda tapsa, “Gəncə” rəhbərliyi ona azad agent statusu verəcək.

Qeyd edək ki, əsasnaməyə görə futbolçu mövsümün əvvəlində bir klubun heyətində rəsmi oyun keçiribsə və “transfer pəncərəsi” bağlanana qədər başqa komandaya keçirsə, o, dövrənin sonuna qədər yeni komandasının formasını geyinə bilməz.