“İnter”in oyununu “Lider” göstərəcək
27.08.2010 - 18:00
“İnter”in oyununu “Lider” göstərəcək
Bu gün Monakonun II Lui stadionunda baş tutacaq UEFA Superkuboku 62 televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi İtaliyanın “İnter” və Avropa Liqasının ən yaxşısı olmuş İspaniyanın “Atletiko” və komandaları arasında baş tutacaq qarşılaşmaya maraq çox böyükdür.

Bu görüşü dünyanın 62 televiziya kanalı yayımlayacaq ki, onların əksəriyyəti Avropa ölkələrini təmsil edir. Hətta bəzi ölkənin bir neçə kanalı matçın yayım hüququna yiyələnib. Ölkəmizdə “Lider TV”-nin göstərəcəyi qarşılaşmanı Türkiyədə “Kanal D” Rusiyada isə NTV+ tamaşaçılarına təqdim edəcək.

Qeyd edək ki, Superkubok uğrunda bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.