Türkiyə millisinin heyəti açıqlandı
27.08.2010 - 20:10
Türkiyə millisinin heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Qus Hiddink sentyabrın 3-də, 4 gün sonra Belçika ilə keçiriləcək oyunlara aşağıdakı futbolçuları çağırıb.

Qapıçılar: Hakan Arıkan (“Beşiktaş”), Onur Receb Kıvrak (“Trabzonspor”), Sinan Bolat (“Standard”, Belçika)

Müdafiəçilər: Gökhan Gönül (“Fənərbaxça”), Sabri Sarıoğlu, Sərvət Çətin, Gökhan Zan, Hakan Balta (hamısı “Qalatasaray”), İbrahim Toraman, İsmail Köybaşı (hər ikisi “Beşiktaş”), Ömər Ərdoğan (“Bursaspor”)

Yarımmüdafiəçilər: Hamit Altıntop (“Bavariya”, Almaniya), Kazım Kazım, Səlçuk Şahin, Əmər Bəlözoğlu, Özər Hurmacı (hamısı “Fənərbaxça”), Mehmet Aurelio (“Betis”, İspaniya), Nuri Şahin (“Borussiya” Dortmund, Almaniya), Səlçuk İnan (“Trabzonspor”), Arda Turan (“Qalatasaray”)

Hücumçular: Tuncay Şanlı (“Stok Siti”, İngiltərə), Semih Şentürk (“Fənərbaxça”), Sercan Yıldırım (“Bursaspor”), Nihat Kahveçi (“Beşiktaş”), Halil Altıntop (“Ayntraxt”, Almaniya)