“Xəzər Lənkəran” “Alaniya”nın hücumçusunu bəyənmədi
27.08.2010 - 20:23
“Xəzər Lənkəran” klubu baxışa çağırdığı osetiyalı futbolçu Alan Alborovdan imtina edib. Bu haqda Lent.az-a klubun direktoru Höccət Hacıyev məlumat verib. Onun sözlərinə görə, Rusiyanın “Alaniya” komandasından gələn 20 yaşlı hücumçu bəyənilməyib.
Baş məşqçi Mirça Rednik 2009-cu ilin avqustundan noyabrınadək Vladiqafqaz təmsilçisində çalışdığı vaxtdan tanıdığı Alborovun “Xəzər Lənkəran”a faydalı ola bilməyəcəyi qənaətinə gəlib. Hacıyev klubun yay “transfer pəncərəsi”nin bağlanacağı avqustun 31-dək yeni oyunçu almayacağını əlavə edib.
Qeyd edək ki, 1,93 metr boya malik Alan Alborov “Alaniya”nın gənclər və əvəzedicilərdən ibarət komandalarında forma geyinib.

- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0