Litvaya uduzduq, növbədə Moldovadır
27.08.2010 - 20:37
Litvaya uduzduq, növbədə Moldovadır
Litvanın Palanqa şəhərində təşkil olunan ənənəvi Palanqa turnirində qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarışda üçüncü matçını keçirib. Adil Şükürovun yetirmələri Litva millisi ilə üz-üzə gəliblər. Meydan sahiblərinin 62-ci dəqiqədə vurduğu top matçda yeganə olub və millimiz ikinci məğlubiyyətlə barışıb – 0:1. Oyunun hakimi komandamızın son saniyələrdə vurduğu qolu da hesaba almayıb.

Qrupumuzda keçirilən digər matçda isə Belarus və Qazaxıstan futbolçuları qarşılaşıblar. Komandamızı 3:1 hesabı ilə məğlub edən belaruslular eyni hesabla udduğumuz Qazaxıstandan da güclü olublar – 2:0.

1.Litva 3 2 1 0 4-2 7
2.Belarus 3 2 0 1 6-3 6
3.Azərbaycan 3 1 0 2 4-5 3
4.Qazaxıstan 3 0 1 2 2-6 1

Xatırladaq ki, B qrupunun bugünkü qarşılaşmaları isə daha tez keçirilib. Son turda Ukrayna Moldovanı 2:0, Gürcüstan Latviyanı 3:1 hesabı ilə məğlub edib.

1.Ukrayna 3 3 0 0 7-1 9
2.Gürcüstan 3 2 0 1 9-4 6
3. Moldova 3 1 0 2 3-9 3
4. Latviya 3 0 0 3 3-8 0

Yarışın əsasnaməsinə uyğun olaraq sabah keçiriləcək finallarda qruplarda müvafiq yerləri tutan yığmalar görüşəcək. Millimiz V yer uğrunda oyunda Moldova komandası ilə üz-üzə gələcək.

VII yer uğrunda
13:30. Qazaxıstan - Latviya

V yer uğrunda
16:00. Azərbaycan - Moldova

III yer uğrunda
17:00. Belarus - Gürcüstan

I yer uğrunda
19:00. Litva - Ukrayna