Ümidini üzmə, a Qurban!
27.08.2010 - 23:04
"Borussiya" ilə səfər matçı ərəfəsində "Qarabağ"ın Dortmunddan məğlub dönəcəyi fikrini özüm özümə qəbul etdirmişdim. Əlbəttə, müəyyən anlarda xəyallara dalıb ağdamlıların sensasiyaya imza atacağını ağlımın ucundan keçirirdim. Amma soyuq başla düşünəndə bunun müşkül məsələ olduğunu anlayırdım. Odu ki, cavab matçının əhəmiyyətini itirməsin deyə "Qarabağ"ın səfərdən 0:1 və ya 1:2 hesablı məğlub olması üçün dua edirdim. Hətta işıq yeri qoyacaq məğlubiyyətdən sonra qələmə alacağım yazıya başlıq da fikirləşmişdim: "Ümidini üzmə, a Qurban!"
Bu başlıq təsadüfən ağlıma gəlməmişdi. İş ondadı ki, oyun ərəfəsində telekanallardan birində "Tütək səsi" filminə bəlkə də 62-ci dəfə baxırdım. Epizodların birində İsfəndiyar kişi Qılınc Qurbana xitabən "ümidini üzmə, a Qurban" deyən zaman istər-istəməz gözümün önünə Qurban Qurbanov və onun komandası gəldi. Böyük Vətən Müharibəsində Qılınc Qurbanın timsalında bütün sovet vətəndaşlarına düşmən kəsilən almanlar sonda məğlub tərəf olmuşdu. Bu məqamı göz önünə alıb, bir anlıq düşündüm ki, görəsən, Qılınc Qurbanın yaşadığı qələbə sevinci Qurban Qurbanova da nəsib olacaqmı?
Artıq sualın cavabını bilirəm. Dualarımıza rəğmən, dortmundlular "doğma divarlar" arasında "Qarabağ"a "divan tutdular". Bu azmış kimi, almanlar babaları Adolf Hitlerin düşünüb, amma bacarmadığını - Bakını fəth etdilər...
Builki avrokubok mövsümünü "Xəzər-Lənkəran" və "Qarabağ"la açıb, sonuncularla bağladıq. Cənublular elə ilk mərhələdəcə Moldova "Olimpiya"sı qarşısında silahı yerə qoydularsa, mübarizəyə ikinci kəsimdən başlayan "Bakı" və "İnter" də uzağa gedə bilmədi. "Zolaqlılar" həm evdə, həm də səfərdə Çernoqoriya "Buduçnost"unu yensələr də, öz ağılsızlıqları, qeyri-peşəkarlıqları ucbatından hamımızı məyus etdilər. Qitənin ən nüfuzlu turniri - Çempionlar Liqasında "bankirlər" üzümüzü güldürməli idi. Di gəl ki, bakılılar bəxtsizliklə üzləşdilər. Əvvəlcə "Lex"lə düşdülər, ardından güclü rəqibə penaltilərdə boyun əydilər.
Ötən il Avroliqanın qrup mərhələsinin bir addımlığınadək irəliləyən "Qarabağ" bu dəfə də analoji uğuru təkrarladı. Və yenə də ümid və qürur yerimiz Qurban Qurbanovun yetirmələri oldu. Bəlkə də bəziləri bir il əvvəl "Tvente"yə, indi isə "Borussiya"ya boyun əyərək qrup mərhələsinə adlaya bilməyən "Qarabağ"ı qınayırlar. Əlbəttə, komandamızın tarixi uğura imza atmasını hamımız arzulayırıq. Özü də futbol bir yana, ən əsas da "Qarabağ" adını dünyaya bir daha tanıtmaq üçün bunu istəyirik. Lakin zorla deyil axı. Ağdam təmsilçisi hələ bu cür sıçrayış edəcək qədər yetişməyib. Amma inkişaf göz qabağındadı. Qurbanovun komandası inkişaf yolundadı və yeni oyunçular yetişdirməklə məşğuldu. Qısası, nə "Qarabağ"ı qınamağa haqqımız var, nə də "Qarabağ"ın bədbinliyə qapılmağa. Ağdam təmsilçisi gələcək vəd edən bir kollektivdi. Gəlin, dəstəyimizi onlardan əsirgəməyək.
Ümidini üzmə, a Qurban!
Şamo, “Ekspressfutbol” qəzeti

0
0