“Xəzər Lənkəran” Bakıda hazırlaşacaq
27.08.2010 - 23:06
"Xəzər Lənkəran" AZAL-la oyunun hazırlıqlarını Lənkəranda davam etdirir. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi ötən gün doğma şəhərdə son məşqə çıxıb. Əsas komandanın Lənkərandakı son məşqində əvəzedici heyətdən çağırılan Nicat Həbibovdan başqa daha bir futbolçu iştirak edib. Bu, 15 yaşlı qapıçı Tərlan Qasımzadədir.
Bununla da "Xəzər Lənkəran" AZAL-la oyunun Lənkəran hazırlıqlarını başa vurub. Məşq bitəndən sonra komanda Bakıya yola düşüb. Mirça Rednik yetirmələrini Premyer Lliqanın IV turuna Bakıda hazırlaşdıracaq.

0
0