Aleks Ferqyusson Türkiyəni göstərdi
27.08.2010 - 22:57
"Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusson Çempionlar Liqasının qrup mərhələsinin püşk atmasından razı qalıb. C qrupunda "qırmızı şeytanlar"la yanaşı, İspaniyanın "Valensiya", Şotlandiyanın "Qlazqo Reyncers" və Türkiyənin "Bursaspor" klubları yer alıblar: "Şikayətlənməyə səbəb yoxdur, püşkatmanın nəticələri əladı. Səfər matçlarından danışırıqsa, onlardan yalnız biri uzaqdır. Yəni Türkiyədə "Bursaspor"la qarşılaşmanı nəzərdə tuturam. Sabiq yardımçım, indi "Reyncers"in baş məşqçisi olan Uolter Smit mənə "Old Trafford"da oynanacaq matçlarla bağlı biletlər üçün zəng vurub. Mənim kimi o da matçlarımızı səbirsizliklə gözləyir".
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0