Platininin bəyəndiyi futbol
27.08.2010 - 23:09
UEFA prezidenti Mişel Platini İspaniyada futbolun son illər ciddi inkişaf etdiyini vurğulayıb. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumunun başçısı bildirib ki, ispanların uğurlarının səbəbləri uşaq-gənclər idmanının gəlişməsindədi: "İspaniyanın yeniyetmələr və gənclərdən ibarət yığmalarının oyununa baxmaq yetər. Hər futbol millətinin öz səciyyəvi xüsusiyyətləri var. Məsələn, İspaniyada pis oynayıb qalib gələn komandanı daşa basırlar. İtaliyada isə oyunun keyfiyyətindən asılı olmayaraq, nəticə önəmlidi. İspan azarkeşlərinin yüksək tələbkarlığı da İspaniya Primerosunun matçlarını maraqlı və cazibədar edir".
0
0