Raykaard: İstefa verməyəcəm!
27.08.2010 - 23:13
Avropa Liqasında Ukraynanın "Karpatı" klubuna uduzan "Qalatasaray"ın baş məşqçisi Frank Raykaard ilk dəfə komandanın yürütdüyü transfer siyasətindən şikayətlənib. Apasport.az saytının məlumatına görə, müdafiə xəttində ciddi problemlər olduğunu və buna görə də stopper transferinə ehtiyac duyulduğunu dəfələrlə söylədiyini vurğulayan hollandiyalı çalışdırıcının sözlərinə görə, "Qalatasaray"ın problemləri az deyil: "Komandanın oyununda keyfiyyət yox, üstəlik də futbolçuların çoxu zədəlidi. Yeni transfer edilmiş oyunçular belə meydana zədəli halda çıxır. Səbəbini bilmirəm, amma hamısı xəstəxanalıq olub. Pis mübarizə aparmasaq da, zədəli oyunçular problemi bizə ciddi maneələr yaradır".
O bildirib ki, bütün iddialara rəğmən, tutduğu postdan istefa etməyi düşünmür: "Vəzifəmi tərk etmək niyyətində deyiləm. Mövsüm yeni başlayıb və hər şey irəlidədi. Mütləq şəkildə yaxşı oynayıb uğur qazanmalıyıq. "Qalatasaray"ın üzləşdiyi uğursuzluqlarda mənim nə qədər payım olması məsələsinə gəldikdə isə, təbii ki, komandanın işləri pis olanda günahkar qismində həmişə baş məşqçi görülür. Komanda uğur qazananda isə futbolçular alqışlanır. Ona görə də qaçmayacaq, sonadək mübarizə aparacağım. Hələ görüləsi çox iş var. Mövsümün əvvəlidi, xətalar ola bilər. Səhvlərdən nəticə çıxarmalı, problemi aradan qaldırmalıyıq. Superliqa və Türkiyə kubokunda qalib gəlməliyik. Bir daha deyirəm: "Qalatasaray"ın heyətindəki durumu və zədəli oyunçuların sayını nəzərə alsaq, bundan başqa nəticələr gözləməyə dəyməzdi".

0
0