“Onları məğlub etmək üçün hər şeyi edəcəyik”
27.08.2010 - 23:33
Madrid "Real"ının yarımmüdafiəçisi Kriştianu Ronaldo Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, portuqaliyalı futbolçu qeyd edib ki, qrup mərhələsində "Milan", "Ayaks" və "Oser"lə mübarizə aparmaq asan olmayacaq: "Bizi çox ciddi rəqiblər gözləyir. Onları məğlub etmək üçün hər şeyi edəcəyik, çünki biz "Real"ıq. Rəqibə sayğımız olsa da, kimsədən çəkinmirik. Komandamız hər oyunda qələbə qazanmağa, hər turnirdə uğur əldə etməyə çalışır. Bu il isə əlavə motivasiyamız var - axı ötən mövsümü titulsuz və mükafatsız başa vurduq. Yeni baş məşqçimiz Joze Mourinyo indiyədək çalışdırdığı hər komanda ilə qalib gəlib. Bu mövsümdə qatıldığımız bütün turnirlərdə yalnız qələbəyə can atacağıq. Düşünürəm ki, məqsədlərimizi gerçəkləşdirməkdə Mourinyo bizə yardım edəcək".
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0