Ruslan Abışov: Heç-heçə də bizə sərf edən nəticə olacaq - MÜSAHİBƏ
27.08.2010 - 23:30
Yeni mövsümə çempionluq iddiası ilə başlayan “Neftçi”nin işləri heç də pis getmir. Paytaxt təmsilçisi arxada qalan 3 turda 7 xal toplayıb və topların ən yaxşı nisbətinə görə, turnir cədvəlinə başçılıq edir. Müdafiədə inamlı təsir bağışlayan “ağ-qaralar” məhsuldarlığı ilə də fərqlənir. Avqustun 23-dən 26-dək millinin Bakıda təşkil edilən təlim-məşq toplanışında iştirak edən “Neftçi”nin müdafiəçisi Ruslan Abışovla həm klub, həm də yığma barədə söhbətləşdik.
- Cari mövsümün 3 turu arxada qalıb. Fikirlərini bilmək maraqlı olardı.
- “Neftçi” üçün işlər qaydasındadır. Artıq “İnter”lə oyuna köklənmişik. Bu qarşılaşmadan ancaq qələbə gözləyirik. Hər gün komanda yoldaşlarımla əlaqə saxlayıram. Heç bir problemimiz yoxdur. İnşallah, bu oyunda istəyimizə çatarıq. Mənim oynayıb-oynamayacağım məlum deyil. Özüm meydana çıxmaq istəyirəm. Əgər baş məşqçi şans versə, oynamağa hazıram.
- “Neftçi” 3 oyundan 7 xal toplayıb. Bunu normal hesab etmək olarmı?
- Əsas odur ki, məğlubiyyətimiz yoxdur. “Qarabağ”la oyunda heç-heçə etdik. Əksəriyyət Ağdam təmsilçisinin bizi yenəcəyini düşünürdü. Amma biz heç-heçəyə nail olduq. Nəticə normaldır.
- Həftəsonu mükafatlar uğrunda mübarizədə əsas rəqiblərinizdən biri olan “İnter”lə qarşılaşacaqsınız. “Neftçi” bu oyunda hansı nəticəyə ümid edə bilər?
- Əsas rəqiblərimizdən biri ilə oyuna qələbə istəyi ilə çıxacağıq. Ancaq rəqib meydanında oynadığımızı nəzərə alsaq, ən azı heç-heçə də bizə sərf edən nəticə olacaq.
- Komandanın oyununda necə, irəliləyiş varmı?
- Mövsümlərarası fasilədə heyətin təxminən 70 faizi dəyişib. Yeni gələn futbolçular komandaya uyğunlaşmağa çalışırlar. Yəqin ki, bir neçə oyundan sonra daha yaxşı oynayacağıq. Hamımız bunu istəyirik.
- Legionerlər komandaya kömək edə bilirlərmi?
- Pis futbolçular deyillər. Hamısı komandanın uğur qazanması üçün əlindən gələni etməyə çalışır. Bahodir Nasimov əla transferdir. O, qollarını vurur, biz qələbə qazanırıq. Təki həmişə o, qol vursun, biz 3 xal qazanaq.
- Necə fikirləşirsən, “Neftçi” cari mövsümdə qarşıya qoyduğu məqsədə nail ola biləcəkmi?
- Çempion olmaq üçün mübarizə aparırıq. Hər şey qismətdən asılıdır. Biz 90 dəqiqə meydanda mübarizə aparırıq, nəticə də oyunun sonunda məlum olur. Əsas odur ki, qələbə qazanaq. Bütün oyunlarımızı 3 xalla başa vursaq, sonda sevinən tərəf biz olacağıq. Bütün kollektivimiz məqsədə çatmaq üçün öz üzərinə düşəni etməyə çalışır.
- “Qarabağ”la matçda İqor Mitreski, sonrakı oyunda Denis Silva ilə tandem təşkil etdin. Hansı ilə oynamaq daha asandır?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Əsas odur ki, komandaya xeyir verək, rəqibin hücumunu zərərsizləşdirək.
- Yəqin əsas rəqiblərinizin oyunlarını izləmisən?
- İddialı komandaların oyunlarını izləməmişəm. Yəqin ki, yığmanın düşərgəsindən döndükdən sonra “İnter”in oyunu yazılan kaseti izləyəcəyik. İddialı komandalarla qarşılaşanda nəyə qadir olduqlarını, kimin güclü, kimin zəif olduğunu görəcəyik.
- Ötən mövsümlə müqayisədə cari çempionatın ilkin mərhələsində xallar silinməyəcək. Bunun komandalar arasında rəqabəti daha da artıracağını düşünmək olarmı?
- Əsas rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaqdır.
- Gələn həftə yığma komandamız Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. Tanış rəqiblə budəfəki dueldən nə gözləyirsən?
- Almaniya çox güclü komandadır. Ciddi hazırlaşırıq. “Qarabağ”ın oyunçuları qoşulduqdan sonra tam heyətlə məşq edəcəyik. Daha yaxşı oynayıb, sərfəli nəticə qazanmaq istəyirik.
- Ümumiyyətlə, rəqiblərimizin hamısı tanış komandalardır. Müxtəlif vaxtlarda onlarla üz-üzə gəlmişik. Komandaların şanslarını necə dəyərləndirirsən?
- Çətin qrupa düşmüşük. Ancaq heç bir rəqibimiz Bakıda rahat futbol oynaya bilməyəcək. Məqsədimiz öz meydanımızda qələbə qazanmaq, səfərdən isə sərfəli nəticə ilə dönməkdir.
- Millimiz bu il 3 oyundan 2-ni səfərdə keçirəcək. Bu problem yaratmayacaq?
- Artıq bu cür qrafikə hazır olmaq lazımdır. 2 oyunu səfərdə oynamaq heç bir problem yaratmayacaq. Axır-əvvəl rəqib meydanında da onlarla qarşılaşmalıyıq.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0