“Arsenal” klubunun daha bir əfsanəsi Azərbaycana gəlir
28.08.2010 - 09:39
“Mən Azərbaycana getməyə hazırlaşıram. Toni Adamsın yanına səfər edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə milli komandasının və Londonun “Arsenal” klubunun sabiq futbolçusu Li Dikson deyib.
1988-2002-ci illərdə “topçular”ın şərəfini qoruyub, bu komandada 500-ə yaxın oyun keçirən sağ cinah müdafiəçisi ölkəmizə gəlmək arzusundadır. 46 yaşlı veteranın səfəri uzun illər çiyin-çiyinə çıxış etdiyi Toni Adamsı görmək məqsədi daşıyır. “Arsenal”ın sabiq kapitanının çalışdırdığı “Qəbələ”nin durumundan xəbərdar olan Dikson həmyerlisinin vəziyyətdən çıxacağına da əmindir: “Bu səfəri oktyabra planlaşdırmışam. Hazırda onun rəhbərlik etdiyi “Qəbələ” ardıcıl 3 məğlubiyyət alıb. İnanıram ki, mənim onun yanına gedəcəyim vaxta kimi olan müddətdə komandasının işləri qaydasına düşəcək”.
Qeyd edək ki, Dikson 1990-99-cu illərdə şərəfini qoruduğu İngiltərə yığmasında 22 matç keçirib və 1 qol vurub.

- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0