Macarıstanlılar “Bakı”nın yolu ilə gedir
28.08.2010 - 10:54
UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçılarının tərkibində dəyişiklik edəcək. Apasport.az saytının məlumatına görə, qurum artıq baş tutan püşkatmanın nəticələrinə əsasən I qrupunda PSV, “Sampdoriya” və “Metallist” klubları ilə mübarizə aparmalı olan Macarıstan təsmilçisi “Debretsen”i yarışlardan kənarlaşdıracaq.
Bunun səbəbi macarların pley-off mərhələsinin cavab oyununda iştirak etmək hüququ olmayan futbolçunun xidmətindən yararlanmasıdır. İlk görüşdə Bolqarıstanın “Liteks” klubunu 2:0 hesabı ilə udan “Debretsen” səfərdə də qalib gələ bilib – 2:1. Lakin iki gün əvvəl baş tutan cavab oyununun sonlarında macarların baş məşqçisi əvəzetməyə əl atıb. O, adı iştirak ərizəsində olmayan Peter Mateni meydana buraxıb.
Bu qayda pozuntusuna görə “Debretsen”ə 0:3 hesablı texniki məğlubiyyət verilməlidir. Yəni I qrupunda onları “Liteks” əvəzləyəcək. Lakin bunun rəsmiləşməsi üçün UEFA-nın Nizam İntizam Komitəsinin qərarı verilməlidir.
Qeyd edək ki, belə kobud səhvləri bağışlamayan UEFA-nın bu mövsümkü “qurban”ları arasında Azərbaycan kubokunun son qalibi “Bakı” da olub. Təmsilçimiz Çernoqoriyanın “Buduçnost” klubunu hər iki oyunda 2:1 hesabı ilə məğlub etsə də mərhələ adlaya bilməmişdi. Çünki bakılılar cəza üzündən oynamaq hüququ olmayan Joel Epallenin xidmətindən yararlanmışdı və 0:3 hesablı məğlubiyyət almışdı.

0
0