Löv: Azərbaycanla oyunda kimin kapitan olacağını mən də bilmirəm
28.08.2010 - 11:47
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki ilk oyunundakı rəqibi Almaniya yığmasının kapitanı ilə bağlı məsələyə hələ də aydınlıq gəlməyib. Apasport.az saytının məlumatına görə, zədədən sonra hələ də tam formasını yığmayan Mixael Ballakı komandaya çağırmayan Yoahim Lövün özü də kapitan sarğısını kimə verəcəyini bilmir.
Almaniya çempionatının ikinci turunun “Kayzerslautern” - “Bavariya” oyununu izləyən Bundestimin baş məşqçisi onu əhatəyə alan jurnalistlərin kapitanla bağlı sualların cavabını verib: “Hələ futbolçularla söhbət etməliyəm. Bundan sonra, yəni gələn həftə ictimaiyyətə açıqlama verəcəyəm. Yəqin ki, Belçika ilə matç ərəfəsində kapitanın kimliyi bilinər. Ümumiyyətlə Almaniya yığmasında bir sıra məsələlərə aydınlıq gətirməliyəm”.
Qeyd edək ki, Almaniya yığması sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan millisi ilə görüşəcək.

0
0