“İnter”in oyununda qalmaqal
28.08.2010 - 12:10
İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” klubları arasında Avropa Superkuboku uğrunda oyun qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Monakonun Lui II stadionunda baş tutan görüşün startı ərəfəsində azarkeşlər arasında toqquşma qeydə alınıb.
Mağazalardan birinin qarşısında dayanan təxminən 25 ispaniyalı fanat matçın başlamasını intizarla gözləyirmiş. Belə bir vəziyyətdə onlara yaxınlaşan 30-40 italiyalı azarkeşi görən pireneylilər əsəblərini cilovlaya bilməyib. Onlar mağazadakı taxta yeşikləri qaparaq “İnter”sevərlərin üstünə şığıyıb. Yaxınlıqda olan polis münaqişəni yatırtmağa çalışsa da çətinliklə üzləşib. Yalnız əlavə kömək gəldikdən sonra asayiş keşikçiləri qonaqları sakitləşdirib stadionun müxtəlif tribunalarına keçirə biliblər.

- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0